Peşəkar Futbol Liqasının (PFL) rəhbər heyəti Sumqayıtda olub. Sumqayıt24 bu barədə 24 sentyabr tarixində PFL-in rəsmi saytına istinadən xəbər verir.
Burada “Sumqayıt” klubunun rəhbərliyi ilə görüş keçirilib. Təmsilçimizin prezidenti Riad Rəfiyev ilk növbədə PFL rəhbəri Elxan Səmədova təbriklərini çatdırıb. Sonra idman direktoru Faiq Hacı-Məhərrəmovun, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.
Səfərin sonunda qonaqlar “Mehdi Hüseynzadə” stadionuna baş çəkiblər. PFL prezidentini görüş zamanı vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev müşayiət ediblər.az