Sumqayıtda bu həftə keçiriləcək idman turnirlərinin cədvəli açıqlanıb. Sumqayıt24 bu haqda 23 yanvar tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Şəhərimizdə şahmat üzrə dərəcə yarışları təşkil olunacaq. Birincilik yanvarın 27-də saat 09:00-da 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində start götürəcək və ayın 31-dək davam edəcək.