Sumqayıt bulvarında veloyürüş və "Yaşıl bacarıqlar" adlı tullantı materiallarından hazırlanmış əl işləri sərgisi keçirilib. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
Tədbirlər Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi, 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzi, Sumqayıt Dövlət Universiteti və GİKM-in Abşeron–Xızı Regional nümayəndəliyi tərəfindən təşkil olunub.