“Sumqayıt” FK-nın U-19, U-17 və U-15 komandaları qələbə qazanıblar. Bu barədə 16 sentyabr tarixində kluba istinadən xəbər veririk.
AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti oyunlar baş tutub. U-19, U-17 və U-15 komandalarımız turu qələbə ilə başa vurublar.
Nəticələri diqqətinizə çatdırırıq:
Gənclər Liqası
İCBFA - "Sumqayıt" 0:4
Qollar: Əjdər Hacılı (3), Sənan Muradlı.
U-17 Liqası
"Sumqayıt" - "Şamaxı" 3:0
Qollar: İlkin Məmmədov (2).
U-16 Liqası
EFA - "Sumqayıt" 2:0
U-15 Liqası
"Sumqayıt" - "Zaqatala" 8:0
Qollar: Murad Cabbarov (4), Pünhan Qasımzadə, Nəsir Hacızadə, Səfər Əliyev, Sinan Dadaşov.