top
Sumqayıtın legioneri: “Azarkeşlərimiz çox nəzakətli və istiqanlıdır”
04 aprel 2025, 03:18
- +

"Sumqayıt"ın legioneri: “Azarkeşlərimiz çox nəzakətli və istiqanlıdır”

“Azərbaycanın mədəniyyətini bəyənirəm, insanlar mehribandır və hər zaman kömək etməyə hazırdırlar. “Sumqayıt”ın azarkeşləri çox sadiqdirlər və hər oyuna, hətta uzaq səfər oyunlarına belə gələn azarkeşlərimiz var”.

Bunu Sumqayıt24.az-a müsahibəsində Sumqayıt Futbol Klubunun idmançısı Roy Kehat deyib.

Əməkdaşımızın Roy Kehat ilə müsahibəsini təqdim edirik:

- Futbol karyeranıza harada və necə başladınız?

- Futbol karyeram həftədə iki dəfə məktəbdə günorta saatlarında idman etməklə başladı. Futbol, 2-3 yaşımdan bəri dünyada ən çox sevdiyim şey olub. O dövrə aid topla çəkdirdiyim çoxlu fotom var. Məktəbdə günortadan sonra futbolla məşğul olmağa başladıqdan sonra, futbolu da sevən bacım məni izləməyə gəldi və atama istedadımın  olduğunu dedi. Atam (o, keçmiş peşəkar futbolçu və məşqçi idi) oyunumu izləməyə gəldi və necə yaxşı oynadığımı görüb məni doğma şəhərimizin yaxınlığında yerləşən Nes-Ziona adlı peşəkar kluba apardı. Orada üç il oynadım, sonra Tel-Əvivə köçdüm.12 yaşımdan etibarən "Makkabi Tel-Əviv" klubunda oynadım və böyüklər komandasında da debüt etdim.

- Azərbaycana necə gəldiniz?

- Karyeramda ilk dəfə azad agent oyunçusu olduğum zaman İsrail və Kipr Premyer Liqaları da daxil olmaqla bir neçə yerdən təkliflər aldım. 2016-cı ildə "Avstriya Vyana"dan qayıtdıqdan sonra İsraildə yeddi mövsüm oynadım və əsas hədəfim yenidən xaricdə çıxış etmək idi. Bu zaman agentim mənə zəng edərək Azərbaycandan təklif olduğunu bildirdi.Təklifi aldıqdan sonra dostum Əmir Ağayevdən ölkə və klub haqqında məlumat aldım. O, hər şeyin çox gözəl olduğunu dedi. Daha sonra klubun prezidenti və baş məşqçisi ilə əlaqə saxladım və anladım ki, burada oynamaq istəyirəm.

- Doğma ölkənizin futbol liqası ilə Azərbaycan liqası arasında hansı fərqləri gördünüz?

- Məncə, liqalar arasındakı əsas fərq ondadır ki, Avstriya liqası Avropa yarışlarında uzun ənənəyə malikdir və illər ərzində böyük irəliləyiş əldə edib. İsrail liqası isə mənim böyüdüyüm və Avropanın ən yaxşı liqalarından öyrənməyə, onların prinsiplərini mənimsəməyə çalışan bir liqadır. Azərbaycan liqası isə son illərdə, xüsusilə Avropa yarışlarında komandalarının uğurları sayəsində böyük irəliləyişə nail olub və Avropanın yüksək liqalarında çıxış edən oyunçuları cəlb edə bilir. İsrailli oyunçular məndən Azərbaycan liqası haqqında soruşurlar və buraya gəlmək istəyirlər. Bu, xüsusilə də "Sabah"ın "Makkabi Hayfa"nı məğlub etməsindən sonra özünü daha çox biruzə verdi.

- Yeni mədəniyyətə və dil baryerinə necə uyğunlaşdınız? Bu prosesdə çətinliklər oldumu?

- Mən olduqca tez uyğunlaşdım. Azərbaycanın mədəniyyətini bəyənirəm, insanlar mehribandır və hər zaman kömək etməyə hazırdırlar. Gündəlik həyatımda dil baryeri ilə qarşılaşıram, çünki mən və ailəm nə Azərbaycan, nə də rus dillərini bilirik – yalnız ivrit və ingilis dillərində danışırıq. Buna görə də tərcümə proqramlarından istifadə etməli oluram. Amma soyunub-geyinmə otağında mənim üçün hər şey daha asandır, çünki əksər oyunçular ingilis dilində danışır.

- Sizi Azərbaycanın mədəniyyətində təəccübləndirən bir şey varmı?

- Bəli, köhnə ilə yeninin bir araya gəlməsini, insanların öz adət-ənənələrini necə qoruyub saxladıqlarını, eyni zamanda modernizmi necə qəbul etdiyini görmək çox xoşuma gəldi.

- Sumqayıt və yerli sakinlər haqqında ilk təəssüratlarınız necədir? Oynadığınız digər şəhərlərdən nə ilə fərqlənir?

- Vaxtımın çoxunu Bakıda keçirdiyim üçün azarkeşlərlə ünsiyyətim əsasən meydançada, məşq meydançasında və stadiondan kənarda baş verir. Azarkeşlər çox nəzakətli, qonaqpərvər və istiqanlıdırlar. Eyni zamanda, Sumqayıtdakı məşq meydançasında çalışan işçilər də çox gözəl insanlardır. Şəhərin özü haqqında düşünəndə, onun böyük inkişaf potensialına malik olduğunu görürəm. Yeni ticarət mərkəzləri, otellər və digər obyektlər tikilsə, şəhər dünyanın müxtəlif yerlərindən insanları və şirkətləri cəlb edə bilər. Üstəlik, dənizin olması da böyük üstünlükdür.

- Azərbaycan futbolunun səviyyəsini və ölkə çempionatındakı rəqabəti necə qiymətləndirirsiniz?

- Görürsünüz ki, liqada əsas rəqabət daha çox Avropaya vəsiqə qazandıra biləcək 2-4-cü yerlər uğrunda gedir. Keçən il 3-cü yer uğrunda 4 komandanın mübarizəsi yalnız liqanın sonunda həll olundu. Çempion isə adətən liqanın əvvəlindən müəyyənləşir, çünki “Qarabağ” bütün rəqiblərindən üstün komandadır.

- Azarkeş və klubun oyun atmosferi ilə bağlı hansı təəssürratlarınız var?

- Azarkeşlər çox sadiqdirlər və görmək olur ki, hər oyuna, hətta uzaq səfər oyunlarına belə gələn azarkeşlərimiz var. Bilirəm ki, yaxşı nəticələr qazandıqca ev oyunlarımızda stadion tam dolacaq.

- Məşqçi ilə münasibətiniz necədir?

- Hər iki məşqçi ilə münasibətim yaxşıdır. Onların hər ikisi oyuna nə qazandıra biləcəyimi və komandaya necə töhfə verə biləcəyimi bilir.

- Yerli oyunçularla münasibətləriniz necədir?

- İngilis dilində danışanlarla ünsiyyət qurmaq daha asandır. İngiliscə bilməyən bir oyunçuya nəsə demək istəsəm, dediklərimi tərcümə edə biləcək başqa bir komanda yoldaşımından kömək istəyirəm.

- Sizin üçün qələbədən vacib futbolun hansı aspektləri daha önəmlidir?

- Düşünürəm ki, hörmət və ədalət futbolda əsas prinsiplərdir. Bu prinsiplərə əməl etdikdə, komanda yoldaşlarınızla meydanda yaxşı münasibət qurduqda və bir-birinizə inandıqda, əsas hədəf olan qalibiyyət də gələcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Azərbaycanda əhalinin gəlirləri artıb

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda sakinlərin şikayət etdiyi ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 18:10

Bakıdan Sumqayıta köçmək üçün 6 səbəb: mənzil, tıxac və qiymətlər

Bütün xəbərlər
Dünən, 17:40

"İki aydır bağlıdır" - Sumqayıtda zirzəmi problemi

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda avtobus sürücüsü təhlükəli manevr etdi - Velosipedçi yaralandı

İdman
Dünən, 16:50

Sumqayıt cüdosunun canlı əfsanəsi 81 yaşında

İdman
Dünən, 15:50

"Daha çox transfer edəcəyik" - "Sumqayıt"ın baş məşqçisi

Bütün xəbərlər
Dünən, 15:20

Bu ilin 7 ayında məişət zorakılığından zərər çəkmiş 25 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib

Bütün xəbərlər
Dünən, 14:50

Özünü müəllim adlandıran 64 yaşlı naxçıvanlı Sumqayıtda səfil həyatı yaşayır - VİDEO

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda işıqlar hər gün sönür - ŞİKAYƏT

İdman
Dünən, 14:00

"Sumqayıt" - "Neftçi" matçının stadionu dəyişdirildi

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıt bələdiyyəsinin sədr müavini Türkiyədə festivala qatılıb

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sabah hava yağışlı ola bilər

İdman
Dünən, 12:40

"Sumqayıt"a yox dedi, Hindistanı seçdi

Bütün xəbərlər
Dünən, 12:20

Sumqayıtda bu məktəblər ingilis dili nəticələrinə görə FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda kişi maşınında ÖLDÜ

Bütün xəbərlər
Dünən, 11:36

Sumqayıt sakini dənizdə boğulub ÖLDÜ

Bütün xəbərlər
Dünən, 11:00

Rəsmlər "canlandı" - Sumqayıtda maraqlı sərgi

Bütün xəbərlər
Dünən, 10:40

Sumqayıt bulvarında 62 yaşlı kişi ÖLÜB

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda 19 yaşlı usta köməkçisi damdan yıxılaraq öldü

İdman
Dünən, 10:00

Sumqayıtlı xanım cüdoçular Avropaya səs saldılar

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün külək güclənəcək

Bütün xəbərlər
Dünən, 09:17

Sumqayıtda motosiklet sürücülərinə qarşı reyd keçirildi

Oxşar xəbərlər