“Sumqayıt”ın futbolçusu Murad Xaçayev yubiley oyununu keçirib. Bu haqda 11 dekabr tarixində Sumqayıt24 Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir.
25 yaşlı müdafiəçinin 100-cü oyunu Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib. Bu qarşılaşmalar ərzində 6 qol vuran Murad yalnız “Sumqayıt”da forma geyinib.
Xaçayevın debütü 2018-ci il avqustun 18-də “Neftçi” ilə ev matçında (0:2) olub.