“Sumqayıt” - “Turan Tovuz” matçının təyinatları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək oyunun baş hakimi Fərid Hacıyev olacaq. Ona qarşılaşmanın idarəsində kömək edəcəklər:
- Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov;
- Rəvan Həmzəzadə (VAR);
- Akif Əmirəli (AVAR);
- Munis Abdullayev (hakim-inspektor);
- Seymur Səlimli (AFFA nümayəndəsi).
Qeyd edək ki, matç 4 oktyabr saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.