“Səbail” – “Sumqayıt” oyununa təyinatlar baş tutub. Sumqayıt24 bu haqda 8 mart tarixində xəbər verir.
Komandalar Premyer Liqanın 26-cı turu çərçivəsində qarşılaşacaq. AFFA Hakimlər Komitəsinin qərarı ilə matç Tural Qurbanova tapşırılıb:
- Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev;
- Rauf Allahverdiyev (VAR);
- Pərvin Talıbov (AVAR);
- İmanxan Sultani (hakim-inspektor);
- Emin Cəfərov (AFFA nümayəndəsi).
Oyun 8 mart saat 19:00-da “ASCO Arena” stadinonunda keçiriləcək.