“Araz-Naxçıvan”– “Sumqayıt” matçının təyinatları açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək oyun Cavid Cəlilova tapşırılıb. Ona qarşılaşmanın idarəsində kömək edəcəklər:
- Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov;
- Nicat İsmayıllı (VAR);
- Cəmil Quliyev (AVAR);
- Ömər Paşayev (hakim-inspektor);
- Nəriman Axundov (AFFA nümayəndəsi).
Qeyd edək ki, matç 7 aprel (bazar ertəsi) saat 18:00-da “Liv Bona Dea Arena” stadionunda keçiriləcək.