“Sumqayıt”ı Avropa səhnəsinə qaytaran oyunda rekord qeydə alınıb. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
Premyer Liqanın son turunda futbol klubumuz “Qəbələ”ni qəbul edib. Mehdi Hüseynzadə adına stadiona keçən oyunu 9300 azarkeş izləyib. Bununla da 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.
Xatırladaq ki, meydan sahibləri minimal hesablı qələbə qazanıb və mövsümü 4-cü pillədə başa vurublar. “Sumqayıt” UEFA Konfrans Liqasına vəsiqə qazanıb.