“Sumqayıt” – “Zirə” matçının hakimləri müəyyənləşib. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Azərbaycan Premyer Liqasının 30-cu turunun oyunu aşağıdakı hakimlərə tapşırılıb:
- Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu;
- İnqilab Məmmədov (VAR);
- Kamran Bayramov (AVAR);
- Ramil Diniyev (hakim-inspektor);
- Zümrüd Ağayeva (AFFA nümayəndəsi).
Xatırladaq ki, qarşılaşma bu gün, 12 aprel saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletləri
iticket.az saytından və stadionun kassalarından almaq mümkündür.