“Sumqayıt” futbol klubunun ekvadorlu futbolçunun transferini rəsmiləşdirməsi gözlənilir. Bu haqda 21 fevral tarixində Sumqayıt24 Football-plus.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, “kimyaçılar” 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Xordan Resabala ilə anlaşıb. Artıq legioner İnstaqram hesabında Bakıda olduğunu bildirən paylaşım edib. Yaxın günlərdə transfer rəsmən həyata keçiriləcək.