Xanım futbolçularımız böyük hesablı qələbə qazanıblar. Sumqayıt24 bu haqda 19 fevral tarixində xəbər verir.
Yüksək Qızlar Liqasında 7-ci turun oyunları keçirilib. "Sumqayıt" doğma meydanda "Araz Naxçıvan"ı sınağa çəkib. Sabir Mütəllimovun yetirmələri rəqibə 20 cavabsız qol vurublar.
Qolları Şəfəq Nəsirova (7), Aybəniz Əsgərzadə (5), Ləman Mustafazadə (3), Lamiyə Əlizadə, Fatma Nur Şenses, Sevinc Babayeva, Nurçin Tarverdizadə vurublar, bir avtoqol qeydə alınıb.