Sumqayıt idmançısı baş məşqçi oldu. Bu barədə 5 oktyabr tarixində Gənclər və İdman Baş İdarəsi xəbər yayıb.
Təmsilçimiz Elşən Hüseynov Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib. Mütəxəssis bu postda İlqar İbişovu əvəzləyib.
O, 243 kq nəticə ilə dünya rekordçusudur. İdmançı Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Paralimpiya Oyunlarında yığmanın tərkibində mübarizə aparıb.