Sumqayıtlı pəhləvan çempion olub. Sumqayıt24 bu haqda 15 yanvar tarixində xəbər verir.
Xorvatiyanın paytaxtı Zaqrebdə yunan-Roma güləşi üzrə reytinq turniri təşkil edilib. 25 yaşlı Ülvü Qənizadə (72 kq) finalda macarıstanlı Levente Levayanı 7:0 yenib. Nəticədə idmançımız qızıl medala yiyələnib.