Sumqayıt idmançısı Zöhrab Səfərov beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil edib.
Sumqayit24.az xəbər verir ki, Serbiyanın Zlatibor şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr (U15) arasında Gimnaziada İdman Oyunları keçirilib.
Milli komandanın tərkibində 85 kq çəki dərəcəsində mübarizə aparan Z. Səfərov qızıl medal qazanıb.
İdmançının məşqçisi Əbilfət Məmmədovdur.