“Sumqayıt” futbol klubuna UEFA tərəfindən ödəniş olub. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində Affa.az-a istinadən xəbər verir.
Belə ki, 2020/2021 mövsümündə oyunçularımızın Millətlər Liqası turnirindəki iştirakına görə “Sumqayıt”ın hesabına 98.793 avro (165.739 manat) köçürülüb.
Qeyd edək ki, ən çox ödəniş “Qarabağ”ın payına düşüb - 157.337 avro (263.955 manat).