Sumqayıtda stolüstü tennis üzrə şəhər birinciliyi keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Ümumdünya Stolüstü Tennis Gününə həsr olunan yarış 2013-cü il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında təşkil olunacaq.
Turnir 5-6 aprel tarixlərində saat 15:00-da "Qarabağ NN" stolüstü tennis bazasında baş tutacaq.