AFFA İntizam Komitəsi "Sumqayıt-2"-nin baş məşqçisini cəzalandırıb. Sumqayıt24 bu haqda 7 sentyabr tarixində xəbər verir.
34 yaşlı Vaqif Cavadov "Neftçi-2" ilə oyundan sonra hakimin qərarına etiraz edib. Nəticədə mütəxəssis birbaşa qırmızı vərəqə alaraq iki oyunluq cəzaya məruz qalıb. "Gənclik şəhəri" təmsilçisi isə 150 manat cərimə ödəməlidir.