Sumqayıtda sərbəst güləş üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.
Sumqayit24.az xəbər verir ki, "Ümumdünya Sağlamlıq Günü"nə həsr olunan yarış “Alüminiumçu” İdman Evində baş tutub. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Birinciliyin keçirilməsində məqsəd sərbəst güləş idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, şəhər yığma komandasının komplektləşdirilməsidir.