Sumqayıt idmançıları ölkə kubokunda fərqləniblər. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Stolüstü tennis üzrə yarış Bakı şəhərində keçirilib. 2005-2008; 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında turnirdə iştirak edən Sumqayıt idmançıları ümumilikdə 7 qızıl, 7 gümüş və 16 bürünc medal qazanıblar. Qaliblər diplomla təltif ediliblər.