Sumqayıt idmançısı taekvondo üzrə yeniyetmələr arasında ölkə birincilikləri və çempionatında medal qazanıb. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 Taekvondo Federasiyasına istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir Bakı İdman Sarayında keçirilir. Yarışın ilk günündə yeniyetmələr arasında mübarizəyə yekun vurulub. Qızlar arasında mübarizə aparan idmançımız Səbinə Qurbanzadə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnir dekabrın 28-nə kimi davam edəcək.