Sumqayıtlı idmançı Dünya Kubokunda mübarizə aparacaq. Sumqayıt24 bu barədə Baku.ws-ə istinadən xəbər verir.
Yunan-Roma güləşi üzrə olan həmin yarış Azərbaycanda ilk dəfə təşkil olunacaq. Birincilik noyabrın 5-6-da Bakı İdman Sarayında keçiriləcək. Burada 6 komanda iştirak edəcək. Yığmamızın tərkibində Sumqayıtdan olan Murad Məmmədov (60 kq) da yer alacaq.