top
Sumqayıtda ölkəyə narkotik gətirən dəstənin əsas üzvləri tutulublar
24 may 2023, 02:57
- +

Sumqayıtda ölkəyə narkotik gətirən dəstənin əsas üzvləri tutulublar

İrandan narkotik gətirən şəxslər Sumqayıtda saxlanılıblar. Sumqayıt24 bu haqda 24 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvləri - əvvəllər məhkum olunmuşlar Elşad Əliyev və Zakir Nağıyev Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yaşma bağlarında tutulublar.

Onların üzərində və Zakir Nağıyevin idarə etdiyi avtomobildə ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkarlanıb.

Məlum olub ki, Elşad Əliyev və Zakir Nağıyev vaxtaşırı olaraq Rəsul, Rza və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkəyə gətiriblər. Onlar nakotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Saxlanılanlar ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə Xəzər rayonu, Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satdıqlarını bildiriblər.

Qeyd edək ki, Elşad Əliyev va Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Bu gün, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər