top
65 yaşlı 11 qat dünya çempionu: “Rəqibə qarşı hörmətsizlik acı məğlubiyyətlə nəticələnə bilər” - ÖZƏL MÜSAHİBƏ
12 oktyabr 2024, 07:00
- +

65 yaşlı 11 qat dünya çempionu: “Rəqibə qarşı hörmətsizlik acı məğlubiyyətlə nəticələnə bilər” - ÖZƏL MÜSAHİBƏ

Ötən gün 11 qat dünya, 10 qat Avropa çempionu Fərhad Rəcəblinin doğum günü olub. O, cüdo üzrə bir sıra beynəlxalq yarışlarda uğurlar qazanıb və Azərbaycanın idman tarixində öz yerini tutub. Məşhur çempionun cüdo karyerası mükafatlarla zəngindir və o, gənc idmançılar üçün bir nümunə olaraq tanınır. Onun cüdoda əldə etdiyi nəailiyyətlər eyni zamanda ölkənin idman imicinə müsbət təsir edir. Rəcəbli Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayıb. Uğurları yalnız ölkədə deyil, eyni zamanda dünya miqyasında da tanınır.

Sumqayıt24.az-ın əməkdaşı ötən gün 65 illik yubileyini qeyd edən cüdoçu, 11 qat dünya çempionu Fərhad Rəcəbli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Fərhad bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən  1972-ci ildə bir il sambo idman növü ilə məşğul olmuşam.1973-cü ildən bu günə qədər isə cüdo ilə məşğulam. SSRİ-nin beynəlxalq dərəcəli, Azərbaycan Respublikasının Əməkdar idman ustasıyam. Dəfələrlə gənclər arasında SSRİ çempionu titulunu qazanmışam, Avropa mükafatçısıyam. SSRİ çempionatının gümüş və bürünc mükafatçısıyam. İtalyada 1981-1988-ci illərdə Qran Piri qalibi oldum. 2002-ci ildən veteranlar arasında çıxış edirəm.

- Qarşıdakı illər üçün planlarınız və hədəfləriniz hansılardır?

- Noyabrın əvvəli Las -Veqasda veteranlar arasında dünya çempionatı keçiriləcək, ona hazırlaşıram. Hər il Avropa və Dünya çempionatı keçirilir. Gələn il və növbəti illərdə də bu yarışlarda iştirak etməyi düşünürəm. Eyni zamanda Avropa kubokları da keçirilir və imkan daxilində çalışacağam ki, bu yarışda da gücümü sınayım.

- 8 yaşından bəri Sumqayıtda yaşayırsınız. Bu şəhərlə bağlı ən yadda qalan xatirələrinizi bölüşə bilərsiniz?

- Sumqayıtda 1967-ci ildən yaşayıram. Sumqayıt mənim üçün doğma şəhərdir. Bu yaxınlarda Sumqayıtın 75 illiyi olacaq. Ötən gün mənim doğum günüm oldu. 10 il fərqlə addımlayırıq. Qusarda doğulsam da, Sumqayıt mənim ikinci vətənimdir.

- Necə oldu ki, cüdo ilə məşğul olmağa başladınız?

- Bizim ailə idmançılar ailəsidir. Demək olar ki, hər kəs cüdo ilə məşğul olur. Cüdo Federasiyası Azərbaycanda 1972-ci ildən yaranıb. O vaxtdan cüdo ilə məşğul oluram. Məşğul olmağımın səbəbi böyük qardaşlarım idi. Onlar cüdodan öncə sambo ilə məşğul olurdular. 1961-ci ildən sambo yarışlarında, 1973-cü ildən isə Rəcəblilərə cüdo yarışlarında rast gəlmək mümkündür. Əhməd və Məmməd adlı qardaşlarım bu idman növü ilə məşğul olurdular. Mən isə onlara azərkeşlik edirdim. Vaxtı çatanda mən də məşq etməyə başladım.

Rəcəblilər ailəsindən olan bütün kişilər cüdo ilə məşğul olurlar. Əsas komanda da qardaşımın nəvəsi Ömər Rəcəbli təmsil olunur. Hazırda Ömər Abu-Dabidə keçirilən böyük dəbilqə turnirində gücünü sınayır və dörddə bir final mərhələsinə vəsiqə qazanıb.

- Bu yolda hansı çətinliklərlə qarşılaşmısınız və onların öhdəsindən necə gəldiniz?

- Həyatda da həmişə çətinliklər olur. Onlara qalib gəlməyi bacarmaq lazımdır. İdman yarışlarında hakim və məmurların haqsızlıqları çox olur. Bunları görüb, səbir edib, məqsəd və hədəfinə çatmaq üçün əzmlə çalışmaq lazımdır. Ruhdan düşmək qətiyyən olmaz. Bu, nəaliyyət qazanmağa birbaşa təsir edir.

Foto açıq mənbələrdən

- Karyeranızda hansı məqamı ən əlamətdar hesab edirsiniz və niyə?

- Əlamətdar hadisələr çox olub. 1985-ci ildə mən hərbi xidməti başa vurub ölkəyə qayıtdım. Yığma komandanın üzvü idim. Bu məqamda yeni bir qanun çıxdı ki, SSRİ-də qızıl medal qazanmayan 25 yaşdan yuxarı idmançılar yarışlara buraxılmayacaq. Mənim də 25 yaşım var idi. Artıq məni yarışa buraxmırdılar. Mən də məşqçilik etməyə başladım. 1988-ci ildə bu qanun ləğv olundu.

Yenidən Azərbaycan çempionatından çıxdım, SSRİ çempionatına vəsiqə qazandım. SSRİ çempionatında finala çıxdım, gümüş medal qazandım. Bu SSRİ çempionatında Azərbaycan cüdoçularının ən yüksək nəaliyyəti idi. 1981-ci ildə isə bürünc medalla kifayətlənmişdim. 1988-ci ildə ikinci yeri qazandım. Çempionatdan sonra iki beynəlxalq turnirdə qalib gəldim. Rumıniyada A kateqoriyalı, İtaliyada qran Pri qalibi oldum. Bununla da mənə SSRİ Beynəlxalq dərəcəli idman ustası adı verildi.

- Rəqiblərinizdən hansı ilə daha gərgin mübarizə apardınız? Bu görüşlərdə hansı hissləri yaşadınız?

- Gərgin mübarizə hər döyüşdə olur. 2015-ci ildə Hollandiyada holland güləşçi ilə finalda güləşirdim. Hiss edirdim ki, hakimlər ona yardım etmək istəyirlər. Mən fəal mübarizə aparsam da, mənə passivlik bəhanəsi ilə xəbərdarlıq etmək istəyirlər. Bir xəbərdarlıq etdilər. İkinci xəbərdarlığı baş hakim ləğv etdi. Qızıl xala keçdik. Üç dəqiqə əlavə vaxt verildi. Artıq bir dəqiqə geridə qalmışdı. Bütün gücümü toplayıb rəqibimə fənd işlədib onu döşəyə çırpdım. Mənə Rusiyadan olan baş məşqçi sekundantlıq edirdi. Hamı gördü ki, hakim nə etmək istəyir, əvəzində mən necə güləşdim. Bütün zal buna şahid oldu.

- Sizcə, idmanın sizə öyrətdiyi ən vacib dərs nədir?

- İdman mənə nizam-intizamı, rəqiblərə hörmət etməyi öyrətdi. Elə olub ki, dəfələrlə rəqibə qalib gəlirsən. Amma ani bir hörmətsizlik, diqqətsizlik məğlubiyyətlə nəticələnə bilər. Hər rəqibə hörmətlə yanaşmalısan. Ən zəifi də hörmətlə qəbul etməlisən, çünki hamı döşəyə qələbə üçün çıxır, məğlubiyyət üçün yarışan idmançı yoxdur.

Foto açıq mənbələrdən

- Karyeranız boyu idmana olan münasibətiniz dəyişibmi, dəyişibsə hansı yöndə?

- 52 ildir ki, bu sahədəyəm. Hər bir zamanın idmana qarşı bir münasibəti olur. Həmişə qalib gəlməyə çalışıram. Uduzmağı sevmirəm. Çox vaxt idmanda istəyimə nail olmağı bacarıram. Sovet vaxtı bizə qarşı haqsızlıqlar olurdu. Əsas yarışlarda üstünlüyü başqalarına verirdilər.

Hesab edirəm ki, idman karyeram uğurludur. Daha uğurlu nəailiyyətlər ola bilərdi. Hələ də gücüm var. Qalib gələ bilərəm. Ölkəmizin bayrağın qaldırmaqdan, himni səsləndirməkdən ləzzət alıb, qürur duyuram.

- Bir idman olaraq cüdonun gələcəyini necə görürsünüz? Sizcə, hansı dəyişikliklərə ehtiyac var?

- Cüdo ən inkişaf etmiş idman  növüdür. Tərbiyəvi əhəmiyyəti var. Bəzi ölkələrdə, məsələn,  Fransa və Yaponiyada idman dərsinin yerinə cüdo tədris edilir. Bizdə də bu təcrübə tətbiq edilsə, yaxşı olardı. Cüdo güləşin digər növlərini geridə qoyur.

Qaydalarla bağlı narazılıq hamımızda var. Xüsusi olaraq, fəndə girəndə başı ilə döşəyə toxunanda  baxırlar ki, baş yerə dəyib, ona məğlubiyyət verirlər. Çox xırda detala görə ultimatum düzgün deyil. Əsas problem əl ilə ayağı götürüb atmaq fəndləridir. Qadağa düzgün deyil. Bu yaxınlarda dəyişiklik olacaq.

Azərbaycanda da bizim Cüdo Federasiyamız inkişaf üçün böyük işlər görüb. Regionlarda çoxlu cüdo zalları açılır. Bu idman növü çox populyarlaşıb. Yığmaya cəlb edilən uşaqlar yarışa aparılır. Təlim məşqləri keçirilir. Düşünürəm ki, cüdo daha da yüksək səviyyəyə qalxacaq.

Nəzrin Vahid

Son xəbərlər

Kriminal
Bu gün, 18:02

Sumqayıtda oğurluqlar baş verib - QADIN SAXLANILIB

Bütün xəbərlər
Bu gün, 17:44

Sumqayıt Məhkəməsinə yeni TƏYİNAT

İdman
Bu gün, 17:19

"Sumqayıt" növbəti mərhələyə yüksəldi

Bütün xəbərlər
Bu gün, 16:53

Sumqayıtda abadlıq işləri aparılıb

Bütün xəbərlər
Bu gün, 16:26

Sumqayıtda kişinin boğazını kəsən şəxsə HÖKM OXUNDU

İdman
Bu gün, 15:28

Emil Mustafayev "Sumqayıt"a niyə gələ bilmədi?

Cəmiyyət
Bu gün, 15:03

Sumqayıt parkında ağacları kəsmək üçün dibinə sement tökülür - İDDİA

Bütün xəbərlər
Bu gün, 14:38

Sabah Sumqayıta yağış yağacaq

İdman
Bu gün, 14:10

"Sumqayıt" basketbolçusu ilə VİDALAŞIB

Bütün xəbərlər
Bu gün, 13:43

Sumqayıtlı gənc şəhid Ənvərin ANIM GÜNÜDÜR

İdman
Bu gün, 13:18

Azərbaycan Kuboku: "Sumqayıt" "Zaqatala"ya qarşı

Cəmiyyət
Bu gün, 12:50

Sumqayıtda bu tarixdə KONSERT olacaq

Bütün xəbərlər
Bu gün, 12:23

Şübhəli zənglərə və keçidlərə aldanmayın - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 11:56

Sumqayıtda ağacları kəsdilər - Polis məsələyə qarışdı

Bütün xəbərlər
Bu gün, 11:30

Azyaşlının ölümündən sonra Sarayda duyğulandırıcı aksiya

İdman
Bu gün, 11:03

Azərbaycan boksçuları Avropa çempionatının hazırlığına başlayıblar

Faydalı
Bu gün, 10:36

Sumqayıtda maraqlı ekoloji aksiya

Bütün xəbərlər
Bu gün, 10:11

Sumqayıtda zibil maşını YANIB

Faydalı
Bu gün, 09:43

Sumqayıtda güzəştli mənzillər SATIŞA ÇIXARILACAQ

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 33-cü gününün xronikası

Faydalı
Dünən, 21:00

"Azərbaycanda sevmədiyim iki şey var: insanlar və..." - Sumqayıtlı bloqer

Cəmiyyət
Dünən, 17:56

Sumqayıtda əlil övlad anası niyə işdən çıxarılıb? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:21

Sumqayıtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda uşaq xilas edilib

Oxşar xəbərlər