top
Ailə yoxsa dost-tanış - Uşaqları narkomanlığa kim sürükləyir?
17 sentyabr 2024, 07:14
- ↺ +

Ailə yoxsa dost-tanış - Uşaqları narkomanlığa kim sürükləyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt son illər ərzində narkotik aludəçilərinin sayına görə yalnız Bakı və Lənkərandan geri qalır. Belə ki, şəhərdə 2022-ci ildə 2897, 2023-cü ildə isə 3418 narkoman qeydiyyatda olub.

Bəs bu bəla necə yayılır? Gənclərin narkoman olmasında ailənin günahı varmı?

Sumqayıt24 bir çox suallara cavab tapmaq üçün narkomaniya üzrə tanınmış ekspert Emil Maqalova müraciət edib. Ekspertin sözlərinə görə, bu məsələdə ailənin rolu digər faktorlara nisbətən daha azdır:

“20 ildir ki, bu işlə məşğulam və deyə bilərəm ki, yeniyetmələri 20% ailə, 80% isə düşdüyü mühit - məktəb, çöl-bayır, iş yeri, kafe, çayxana və dost-tanış narkoman edir.

Sizinlə şahidi olduğum iki hadisəni bölüşüm. 90-cı illərdə Sumqayıtda tanınmış idmançı var idi. Həmin şəxs və həyat yoldaşı narkomanlığa düçar oldular. Amma uşaqları vunderkind idi, 8-ci sinifdən universitetə qəbul oldular.

Yaxud, Bakıda tanıdığımız çox hörmətli alim var idi. Amma bu cür tərbiyəli, nümunəvi ailənin qız övladı narkoman oldu”.

Emil Maqalov gənclərin baryeri aşma arzusunu əsas səbəblərdən biri kimi göstərir:

“Onlar düşünürlər ki, “görüm bu nədir?”, “niyə buna yox deyilir?, “bir dəfə ilə heç nə olmaz”. Narkomaniyaya qarşı tədbirlər də çoxu sadəcə yola vermək üçün keçirilir. Burada uşaqlara söz haqqı verilmir. Həmçinin risk qrupuna aid - “tin uşaqları”, məktəbin “şef”ləri, “hörmətli”, “nüfuzlu” şagirdləri tədbirlərə çağırmırlar. Görüşlərə adətən sakit, oxuyan uşaqları dəvət edirlər ki, fotoları çəkib, hesabat versinlər ki "maarifləndirmə işi aparmışıq" hesabatını lazımi yerlərə təqdim etsinlər.

Ekspert qeyd edib ki, Sumqayıtda narkomaniyaya qarşı tədbirlər yalnız qurumlar, güc strukturları tərəfindən həyata keçirilir:

“Bu məsələ ilə bağlı başqa tədbirlərin keçirildiyini görmürəm, gördüklərim isə sırf statistika üçün keçirilən tədbirlərdəndir. Güc strukturlarının gördükləri tədbirlərin nəticəsində isə, Sumqayıtda narkoman və “barıqa”lar azalıb”.

“Fikrinizcə narkomaniyadan tamamilə qurtulmaq mümkündür? Bunun üçün nə etməliyik?" sualına isə heç də ürəkaçan cavab almadıq:

“Əvvəllər narkomaniyadan tam qurtulmaq mümkün idisə, indi narkotiklərə qatqılar əlavə edildiyindən onların təsirindən çıxmaq çox çətin olub. Belə izah edim, əvəllər qeyri-qanuni yolla satılan narkotik maddələr 3-6 ay istifadədən sonra fiziki və psixoloji asılılıq yaradırdı. İndi qeyri-qanuni yolla əldə edilən kimyəvi tərkibli və qatqılı narkotik maddələrdən asılılıq üçün 5-6 dəfə istifadə bəs edir.

Yenə də deyirəm ki, məhz məktəblərdə sinif “şef”lərinə, özünü anormal aparan uşaqlara, hər-hansı nüfuzu olan uşaqlara təlimlər keçirilməlidir. Görüşlərdə isə ancaq diskussiya olmalıdır, onların sualları cavablandırılmalıdır. Yoxsa sən danış, onlar qulaq assınlar, saata baxsınlar ki “bu nə qədər danışır..çıxım gedim”.

Mən keçirdiyim təlimlərdə onlarla başa düşdükləri dildə danışıram. Yeniyetmələrlə kitab, elmi və həkim dilində danışsan heç nə başa düşməyəcəklər. Hər dəfə də belə olur.

Məsələn heç kim heç kəsə demir ki, “gedək kanabis tapmışam, çəkək”, hamı bu narkotik maddəni “nəşə” kimi tanıyır. Yaxud çöldə metamfetamin, amfetamin “patı” kimi tanınırsa, təlimlərdə də “patı” deyin.

Yəni, çöldə qarşılaşacağı təhlükənin dilində danışın ki, uşaq söhbətin nədən getdiyini anlasın və özünü qorusun”, - deyə Emil Maqalov vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Oxşar xəbərlər