top
Aktyor Oktay Mehdiyev: “Teatrda qazanc yoxdur”- ÖZƏL MÜSAHİBƏ
23 oktyabr 2024, 08:00
- ↺ +

Aktyor Oktay Mehdiyev: “Teatrda qazanc yoxdur”- ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Sumqayıt Dövlət Dram Teatrının aktyoru Oktay Mehdiyevin doğum günü olub. O, uzun illər Sumqayıt Dövlət Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib. Eyni zamanda bədii filmlər və seriallarda müxtəlif obrazlar yaradıb. 9 may 2024-cü il tarixdə isə Prezident Mükafatına layiq görülüb.

Sumqayit24.az–ın əməkdaşı ötən gün 48 yaşını qeyd edən aktyor Oktay Mehdiyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Oktay bəy, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

- Mən Oktay Nüsrət oğlu Mehdiyev 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 1994-cü ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyoru” fakültəsini daxil oldum. 1998-ci ildə ali təhsili başa vurub, hərbi xidmətə yollandım. 1999-cu ildən indiyədək Sumqayıt Dövlət Dram Teatrının aktyoru kimi fəaliyyət göstərirəm.

- 48 illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Ötən gün 48 yaşım tamam oldu. 48 illik ömrümdə o qədər şeylər olub ki.. Burada hamısını demək olmur. Mənim ümumilikdə səhvlərim də, doğrularım da çox olub. Böyük səhvlər buraxmadığım üçün sevinirəm. Bu günümüzə şükür. Narazılığım yoxdur. Ruhum rahatdır.

- Keçmiş günlər yəqin ki, yada düşür. Necə deyərlər, yada düşər xatirələr. Dünənə qayıtsaydınız nələr edərdiniz? Dünənizi bu gününüzə dəyişərdiniz?

- Keçmişlə bağlı xatirələr çoxdur. Lakin keçmiş bir də olmayacaq. Bu günlə yaşamaq lazımdır. Bu günü fikirləşmək lazımdır. Bu günümdə də yaxşı nələrsə var. Dünəni bu günümə dəyişmərəm. Nə olubsa, onu yaşamışam və peşman deyiləm.

- Necə oldu ki, bu sahəyə marağınız yarandı?

- Əslində bu sahəyə mənim çox da marağım olmayıb. Anlayışım da az olub. Uzun məsələdir. Bu barədə çox danışmışam. Hərdən fikirləşirəm ki, həyatım yəqin teatrda yazılıb, aktyor olmalı imişəm. Qismət belədir.

Foto açıq mənbələrdən

- Ailənizdə incəsənətlə məşğul olan var?

- Ailəmdə incəsənətlə məşğul olan yoxdur. Təkcə mən incəsənət sahəsindəyəm.

- Teatrlarda rejissor çatışmazlığı olduğu deyilir. Siz nə düşünürsünüz?

- Ola bilər. Amma yaxşı rejissorlar da var. İnandığımız və dəyər verdiyimiz rejissorlar az deyil.

- Sumqayıt Dövlət Dram Teatrında nə kimi problemlər var?

- Teatrımızda problemlər var. Bizim teatrımıza yeni direktor Samir Şəfiyev təyin olunub. Ona inanırıq. Bir qədər dəstək olsaq, o bizim teatrımız üçün nələrsə edə bilər.

- Hazırda teatrınızda aktyor və ya rejissor çatışmazlığı varmı?

- Hazırda Sumqayıt teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Aktyorların çoxu onun tamaşasında rahat olur. Bakıda elə rejissorlar var ki, onları Sumqayıt Dövlət Dram Teatrına dəvət etmək lazımdır. Onlar da gəlib tamaşalar qoysunlar. Aktyorlar da fərqli-fərqli tamaşalarda özlərini göstərə bilsinlər.

- Teatrlara maraq, teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

- Teatrımızın indiki səviyyəsinin məni qane etdiyini desəm, yalan demiş olaram. Təbii ki, yox. Qane etmir.

- Teatr aktyorları maaşdan şikayətlənirlər. Nə qədər qazanc əldə edirsiniz?

- Aktyor maaşdan şikayətlənməlidir. 400-450 manat maaş alırlar. Bu maaş bizi qane etmir. Teatrda qazanc yoxdur. Filmə dəvət alanda yenə normal qonorar almaq olur. Aktyorun qazancı sıfırdır.

- Sumqayıt Dövlət Dram Teatrında nə kimi yeniliklər olacaq?

- Böyük mənada yeniliklər sistemlə əlaqəli olan məsələdir. Sistemdə dəyişikliklər olmalıdır. Bizim yeni direktorumuz rejissorlar dəvət edəcək. Festivallar və qastrol səfərlər gözlənilir.

Tamaşaçı sayında qıtlıq yaşanır. Onu üzərində işləyirik ki, biz öz teatrımızda özümüzə aid yeniliklər edə bilək.

- Ümumiyyətlə, ötən teatr mövsümü yaradıcı fəaliyyət baxımından sizin üçün necə oldu?

- Məndə fərqli deyil. Hər il tamaşa təhvil verirəm. Çəkiliş olanda edirəm.

- Seriallara çəkilmisiniz. Onları xatırlayaq. Yeni seriallara dəvət almısınızmı? Qazanc sizi qane edirmi?

- Seriallara dəvət alıb, çəkilirəm. Əvvəlkinə baxanda az da olsa, irəliləyiş var. Burada pul məsələsi problemdir. Pul və ssenari məsələləri həll olunanda digər məsələləri həll edə biləcək rejissorlar var.

- Sizcə, indi film sektorunda vəziyyət nə yerdədir?

- Film sektoru o zaman qane edəcək ki, aktyorlar, ssenaristlər və rejissorlar yaxşı qonorar alacaq. Film sektoru pul istəyir. Bəzi məsələlər yerinə otursa, qane edər. Hazırda bu sektordakı vəziyyət, maliyyə durumu məni qane etmir. Bu sahəni dirçəltmək, inkişaf etdirmək üçün pul lazımdır. Rejissorlar, aktyorlar var. Maliyyə yoxdur.

Nəzrin Vahid

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər