top
Xan Rəsuloğlu: “Bəziləri ədəbiyyatı yüngül əxlaqlı qadın zənn edir”- ÖZƏL MÜSAHİBƏ
05 noyabr 2024, 07:00
- +

Xan Rəsuloğlu: “Bəziləri ədəbiyyatı yüngül əxlaqlı qadın zənn edir”- ÖZƏL MÜSAHİBƏ

Kitabsevər olmaq dünyanı daha geniş perspektivdən görməyə, yeni fikirlər, mədəniyyətlər və hisslərlə tanış olmağa kömək edir. Oxumaqla dünyanı kəşf etmək, fərqli ideyalarla tanış olmaq və həyat təcrübələri yaşamaq imkanı yaradır. Hər kitab yeni bir səyahət deməkdir.

Sumqayit24.az-ın əməkdaşı kitabçı Xan Rəsuloğlu ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

- Xan bəy, necəsiniz? İşləriniz necə gedir?

- Diqqətiniz üçün çox təşəkkür edirəm. Azərbaycanda hər kəsin işi necədirsə, bizdə də elədir.

- Kitaba həvəs sizdə necə yaranıb?

- Kitaba həvəsim uşaqlıq illərində yaranıb. Ümumiyyətlə, həmin dövrdə dövran başqa idi. İnformasiya əsri deyildi. Orta məktəbdə IV sinifdə oxuyanda dörd kitabxananın üzvü idim. Kitabları çox sürətlə oxuyurdum. Oxuduqca görürdüm ki, bütün yazıçıların kitablarında eyni sözlər təkrarlanır. Yazıçıların əsərlərində təkrar-təkrar o sözləri görüb, öyrəşdim. Əsərlərin birbaşa mahiyyətini oxuduğum üçün çox tez oxuyurdum. Kitabxanaçılar heyrətə gəlirdilər ki, doğurdanmı, 10 kitabı bir həftəyə bitirmisən. Sorğu-sual edirdilər.

- Kitabçılıq fəaliyyəti ilə nə zamandan məşğulsunuz?

- Kitabçılıq fəaliyyəti ilə Bakı Dövlət Universitetini bitirəndən sonra məşğul olmağa başlamışam. Çinlilərdə belə bir qarğış var “səni görüm, keçid dövründə yaşayasan”. Biz keçid dövründə yaşadıq. Hər şeyin darmadağın olub yenidən qurulduğu vaxtlar idi. Həm də ciddi işsizlik var idi. Kasıb camaat kitablarını satmağa başladı. Mən də bu kitabları almağa başladım. 1990-cı ildə ticarətin nə olduğunu anlamağa başladım. Yaxşı və pisi ayırd etməyi bildiyim üçün çörəyimi daşdan yox, kitabdan çıxarırdım.

- Ən çox hansı məzmunlu kitablara üstünlük verirsiniz?

- Mən daha çox vacib bildiyim kitabları saxlayıram. Pis kitab yoxdur. İnsanların da pisi yoxdur deyirlər, lakin bəzən yaxşı dediyimiz insan başqasının həyatını sonlandırır.

İnsanlar kimi kitablar da müxtəlif olur. 50-60 min kitab oxumuşam. Yaxşı bildiyim kitablara daha çox önəm verib, alıram. Ayrı-seçkilik edən kitabları qəbul etmirəm. Pis adam olduğu kimi pis kitablar da var.

- Ən sevdiyiniz kitab hansıdır?

- Sevdiyim kitablar çoxdur. Azərbaycanda çox istəyərdim ki, 1000 nəfər “Zen buddizmin əsasları” kitabını həzm etsin. 50-60 min kitab oxumuşam. Amma o kitabları oxuyanda heç o qədər heyrətlənməmişdim. Zen təfəkkürü qeyri-səlis məntiqdir. Buna baş vurmayan beyinlərə heyfim gəlir. Həmin kitabı oxuyandan sonra dedim ki, “dünyaya yenidən gəldim”. Həmin kitabı bir aya oxudum. Sanki həzm edə-edə oxuyurdum. Allah qismət etsin, bir daha o kitabları oxuyacam. Oxuduğum kitabların 90 faizini  konspektləşdirmişəm. Düşünürəm ki, özüm daha yaxşısını yaza bilərəm..

- Maraqlıdır, siz kitabxananızdakı kitablara baxanda nə görürsünüz?

- İstər kitab dükanıma, istərsə də evdəki şəxsi kitablarıma baxanda elə bil əziz dostlarımı görürəm. Kitablarım arasında yaxın dostlarım və sevgilim də var. Elə kitablar var ki, yoldaşıma, övladlarıma belə qısqanıram. Hədsiz dərəcədə böyük sevgi ilə yanaşıram. Onlara baxanda hansı hisləri keçirdiyimi bir Allah bilir.

- İndiki oxucularla əvvəlki dövrün oxucuları arasında hansı fərq və oxşarlıqlar var? Kitaba maraq azalıb?

- Ümumiyyətlə, kitaba münasibət dövrə uyğun olur. Bizim dövrümüzdə super imkanlar yox idi. Böyük bir informasiya şəbəkəsi yox idi. İndi isə vəziyyət başqadır, texniki imkanlar başqadır. İstənilən mövzuda istədiyini asanlıqla tapırsan. İnformasiya məkanı hər saniyə yeniliklərlə dolur. İnsanlar daha konkret ünvanlara üz tuturlar. Əvvəllər hər hansı bir məlumatı kitabdan axtarırdılar, indi isə internetdən əldə edirlər.  Biz informasiya acı olmuşuq.

- İndiki yazarlar sizi qane edir?

- İndiki yazarlar ilə əvvəlkilərin arasında doğurdan da fərq var. Sovetin dövründə ən azı savadın, qabiliyyətin olmadan kitab çap etdirə bilmirdin. Çox çətin idi. Bir növ yaradıcılıq ələyindən keçirdin. Cümlə qurmağı bacarmayanlar dərslik müəllifidir. Həyatı boyu bir bənd misrası olmayan, ondan-bundan köçürənlərin 10 kitabı çıxır. Ancaq özü kimiləri aldada bilər. Bilənləri, anlayışı olanları aldatmaq çətindir.

- Sumqayıtdakı kitabxanalarınızdan danışmağınızı istərdim.

- Azərbaycanda bəlkə də bəzi ilklərə imza atmışam. Bir çox xarici şəhərlərdə kitabların kirayə verildiyini gördüm. Bu təcrübəni bizdə tətbiq etmək üçün işə başladım. Kitabxanamın bir fərqi var ki, istifadə olunmuş ikinci əl kitabları istifadə edirəm. Mən dərslikləri və test vəsaitlərini də kirayə verirəm, ucuz qiymətə satıram. Ticarətin özünün də mənəvi və əxlaqi tərəfi olmalıdır. Qiymət söhbətindən sui-istifadə olmaz. Dükanımda 7 il dərsliklər satmadım. Ancaq bədii kitabların ticarətini edirdim. Evə pul apara bilmirdim.

- Sumqayıtın oxucu kütləsi necədir?

- Küçə ilə gedəndə belə, millətimin övladlarına baxıram ki, bir balaca həyat səviyyəsi düzələrsə, dünyaya mənəviyyat dərs verə biləcək insanlar var. Mən ən azı 700-1000 arası pedaqoji kitab oxumuşam. Təklif etmişdim ki, 15 il ərzində Azərbaycan təhsil sistemini o səviyyəyə qaldıra bilərəm ki, dünyanın ən aparıcı təhsil sistemlərindən olar. Bütün dünyaya mütəxəssislər ixrac edə bilər.

- Yeni dövrün ədəbiyyatında nə kimi çatışmazlıq var?

- Azadlıq duyğuları var. Peşəkarlıq yoxdur. Bir yazırsansa, beş oxumalısan. Özünü korrektə etməlisən. Bir cümləni qura bilmir, roman yazır. Necə gəldi, danışdığı kimi də yazır. Bu ona bənzəyir ki, səsi yoxdur, müğənni olmaq istəyir.

- Son illərdə ədəbiyyat sahəsində hansı dəyişiklikləri müşahidə etmisiniz?

- Dəyişiklik eynidir. Hətta elə məqamdayıq ki, istedadı olan ədəbiyyatdan sui-istifadə etməyə çalışır. Ədəbiyyatda səmimiyyət, təfəkkür, intuisiya olmasa, olmaz.

- Gənc yazıçılara tövsiyələriniz nələrdir?

- Çox istərdim ki, ədəbiyyatı oyun-oyuncaq saymasınlar. Bu saat Azərbaycan ədəbiyyatında üzdə olan adlar var ki, baxırsan sanki doğurdan da nə isə yaza bilir. Dərinliklərə gedir. Əgər peşəkar insanı qane etmirsə, deməli dünya ədəbiyyatını da qane etməyəcək. Bu, ədəbiyyatı yüngül əxlaqlı xanım saymaq kimi bir şeydir. Ədəbiyyat ya ideal sevgin, ya da taleyin olmalıdır.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Sənaye şəhərinin beşiyi: Kimyaçılar qəsəbəsi haqqında maraqlı faktlar

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda qazıntı bitdi, "izləri" qaldı

Kriminal
Dünən, 17:54

Coratda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın problemləri bir masa arxasında-Ağsaqqallar və İctimai Şuranın görüşü

Bütün xəbərlər
Dünən, 16:30

Yaralı nadir bayquş Sumqayıt sakinindən "kömək istədi" - VİDEO

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtın hava proqnozu

Kriminal
Dünən, 14:54

11 yaşlı qızının gözü qarşısında arvadını öldürdü – 16 il həbs

Bütün xəbərlər
Dünən, 14:30

Füzulidə şəhid olan sumqayıtlı gizirin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:30

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Bütün xəbərlər
Dünən, 12:30

"7 nömrə"nin sürücüsü cəzalandırıldı - SƏBƏB

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda uşağın avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Bütün xəbərlər
Dünən, 11:29

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 10:31

19 sentyabrda şəhid olan sumqayıtlılar…

Bütün xəbərlər
Dünən, 09:47

Sumqayıtda məcburi köçkün ev sahibini döyüb qovdu - İDDİA

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda yolların təmirinə 1.5 milyon manat ayrılır

Bütün xəbərlər
Dünən, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 18:44

Sumqayıtda "PeşəFest-2026" layihəsi həyata keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Sumqayıtda Milli Musiqi Gününə həsr olunan konsert keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 17:22

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub

Bütün xəbərlər
18 sentyabr 2026, 16:50

Sumqayıtda mənzillər niyə bahalaşıb? - SƏBƏB

Bütün xəbərlər
18 sentyabr 2026, 15:48

"Sıxlığa görə xanımın ürəyi getdi" - "33 nömrə"dən ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 14:32

Sumqayıtda zəncirvari qəza - 6 maşın toqquşdu

Bütün xəbərlər
18 sentyabr 2026, 13:23

Sumqayıtda avtobusun təkəri yerindən çıxdı - Sərnişinlər yolda qaldı

Oxşar xəbərlər