Sumqayıtda direktor və müavini vəzifədən azad ediliblər. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində XəzərTV-yə istinadən xəbər verir.
Məlumata əsasən, 26 saylı məktəbin direktoru Arzu Şükürovanın müəllimlərdən 10-15 manat tələb etdiyi səs məsajı yayılıb. Direktorun sözlərinə görə, yığılan məbləğ Gigiyena və Epidemiologiya şöbəsinin məktəbə yazdığı cərimənin ödənişinə gedəcək.
Faktı Sumqayıt şəhər Təhsil şöbəsi təsdiq edib. Aidiyyəti qurumun verdiyi qərara əsasən, Arzu Şükürova və təsərrüfat işləri üzrə direktor müavini tutduqları vəzifədən azad ediliblər.