Sumqayıtlı gəncin hazırladığı oyun “Google Play” platformasında dünya sıralamasında 1-ci yerdədir. Bu haqda bu gün, 6 may tarixində SUMbuilders-ə istinadən xəbər veririk.
Məlumata əsasən, hazırda “Two Cube” adlı oyun Azərbaycan, Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Koreya və Hollandiyada oynanılır. Bundan əlavə 14 yaşlı gəncin yaratdığı oyun istifadəçilər tərəfindən 5 ulduz ilə dəyərləndirilib.
Oyun layihələri üzərində çalışmaq istəyənlər 'Unity' kurslarına qoşula bilər.