20 yanvar küçəsində ağacın budaqları pəncərədən evə girir. Bu haqda bu gün, 1 aprel tarixində Sumqayıt24 xəbər verir.
16-ci məhəllə sakinlərinin verdiyi məlumata əsasən, illərdir bu binanın önündə əkilmiş ağac sakinlərin gündəlik həyatını çətinləşdirir. Onların sözlərinə görə, budaqlar pəncərənin şüşələrinə dəyir, və pəncərəni açdıqda mənzilə girir.
“Xahiş edirik, aidiyyəti qurumlar ağacın budanmasında köməklik göstərsinlər”, - deyə sakinlər bildirib.