Sumqayıt şəhəri 18-ci mikrorayonda binanın təmirə ehtiyacı var. Bu məsələ ilə sakinlər Sumqayıt24-ə müraciət ediblər.
Mikrorayonun 34-cü binasının örtüyü aşınma prosesindədir. Bundan əlavə, binanın girişində olan talvar sökülür. Sakinlərin sözlərində görə, binanın birinci mərtəbəsində baş verən bu hal olnarı narahat edir.
“Divarın armaturları görsənir. Örtükdə yaranan çatlar günü-gündən çoxalır. Blokun talvarından isə daşlar tökülür”, - deyə sakin bildirib. [modula id="9622"]