Sumqayıt şəhəri 18-ci mikrorayonda dayanacağın qoruyucu şüşələri yoxdur. Bu haqda bu gün, 30 mart tarixində Sumqayıt24 xəbər verir.
Əldə etdiyimiz məlumata əsasən, problemli dayanacaq Məhəmməd Əsədov küçəsində (“İrşad”-ın qarşısı) yerləşir. Şəhidlərimizin fotoları əks olunan dayanacaq sakinlərin sözlərinə görə, uzun müddətdir bu haldadır.
“Hər gün burada küləkdə, yağışda durub avtobus gözləyirik. Şüşələri düzəltsə idilər çox gözəl olardı”, - deyə sakin bildirib. [modula id="12331"]