Bu gün 20 Sentyabr - Dövlət Suverenliyi Günüdür.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq bu bayram hər il qeyd ediləcək.