Sumqayıtda Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi keçirilib. Bu haqda 22 noyabr tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
8-11-ci sinif şagirdləri arasında təşkil olunan olimpiada 11 nömrəli məktəbdə təşkil olunub. Burada 200-ə yaxın məktəbli iştirak edib.
Qeyd edək ki, RFO riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir.