Sumqayıt şəhər 23 nömrəli məktəbdə təmir işləri aparılır. Təhsil müəssisəsi 9-cü mikrorayon ərazisində yerləşir.
İşlər məktəb binasının həm çöl, həm də daxili hissəsində görülür. Bu səbəbdən, sinif otaqlarında olan yazı masaları və oturacaqlar həyətə çıxarılıb. Sumqayıt24-ün əldə etdiyi məlumata görə, şagirdlər təhsilini müvəqqəti olaraq 17, 22, 26 və 31 nömrəli məktəblərdə davam etdirir.
Qeyd edək ki, işlər tam yekunlaşdıqda şagirdlər öz məktəbinə geri dönəcək. [modula id="11006"]