“ETwinning” beynəlxalq layihə çərçivəsində Sumqayıt şəhəri 29 nömrəli tam orta məktəb növbəti görüşdə iştirak edib. Bu haqda bu gün, 24 yanvar tarixinə Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Onlayn görüşdə uşaq ədəbiyyatına dair maraqlı müzakirələr baş tutub. İştirakçılar uşaq ədəbiyyatı yazıçısı Aytül Akala müəllifi olduğu kitablar haqqında suallar ünvanlayıblar.
Layihədə Türkiyənin Mersin şəhərindən doqquz məktəb, Şanlı Urfadan bir məktəb və Sumqayıt şəhər 29 nömrəli orta məktəb iştirak edirlər.