Tağıyev qəsəbəsində baş vermiş qəzanın ilkin səbəbi açıqlanıb. Sumqayıt24 bu haqda bu gün, 21 fevral tarixində Report-a istinadən xəbər verir.
3 nəfərin ölümü ilə nəticələnən hadisənin əsas səbəbi sürət həddinin yüksək olması bildirilib.
“Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km/saatdan 90 km/saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir", - Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.
Bundan əlavə, qəzaya düşən şəxslərin təhlükəsizlik kəmərini taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. “Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir" – Piriyev vurğulayıb.