Sumqayıt şəhərində yerləşən yataqxanada yanğın baş verib. Sumqayıt24 bu haqda bu gün, 10 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, yanğın 5 mərtəbəli binanın 5-ci mərtəbəsində qeydə alınıb. Burada ümumi sahəsi 20 kv.m olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 5 nəfər bina sakini təxliyə olunub.
Alov FHN əməkdaşları tərəfindən söndürülüb.