H.Z. Tağıyev qəsəbəsində "Hər insan dəyərlidir" adlı maarifləndirici görüş keçirilib. Sumqayıt24 bu haqda 5 iyul tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi, Təhsil İdarəsi, Narkoloji Dispanser və şəhər Polis İdarəsi tərəfindən 6 nömrəli məktəbdə təşkil olunub.
Burada yeniyetmə və gənclər arasında narkomaniyanın yayılma təhlükəsindən, sağlamlığın qorunmasından və insan hüquqlarından danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.