Sumqayıtda avtobus sıradan çıxıb.
Sumqayıt24 xəbər verir ki, hadisə “Karvan” Ticarət Mərkəzinin yaxınlığında baş verib. 7 nömrəli marşrut xəttinin avtobusu hərəkətdə olarkən anidən təkəri partlayıb. Sürücü qəzadan son anda yayınıb.
Qeyd edək ki, hadisə zamanı avtobus sərnişinlərlə dolu idi.