Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri görüş keçirib. Sumqayıt24 bu haqda 24 noyabr tarixində xəbər verir.
Sədr Saleh Məmmədov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzinin binasında Sumqayıt şəhəri və Qubadlı rayon vətəndaşları müraciət və şikayətlərini səsləndiriblər.
Müraciətlər, əsasən, avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərlə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.