Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov dünyasını dəyişib. Bu haqda bu gün, 20 may tarixində Sumqayitxeber.com-a istinadən xəbər veririk.
Müzəffər Gülümov 1934-cü ildə anadan olub. 1960-cı ildə Sumqayıta gələrək, burada Sumqayıt Neft Kimya kombinatının qərargahının rəisi olub. Gülümov on çağırış şəhər Sovetinin deputatı, uzun illər şəhər partiya komitəsinin və bürosunun üzvü olub.
2004-cü il dekabrın 23-də «Şöhrət» ordeni, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub. 2016-cı ildə Prezident təqaüdünə, 2019-cu ildə isə Sumqayıtın Fəxri vətəndaşı adına layiq görülüb.