Bir müddət əvvəl Heydər Əliyev adına Hərbi Akademiyasından xaric olunan kursantla bağlı yeni məlumat var. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Söhbət Sumqayıt sakini Vüsal Hüseynlidən gedir. Xəbər verdiyimiz kimi, o, əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə ali hərbi məktəbdən kənarlaşdırılmışdır.
Hüseynli hazırda xidmətini N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir.