Ali Məhkəmənin Cinayət Kollegiyasına ən çox işlərin daxil olduğu məhkəmələrdən biri Sumqayıtda fəaliyyət göstərir. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Məlumata görə, 2021-ci il ərzində kollegiyada 2399 nəfərin işinə baxılıb. Onlardan, 248 nəfər barəsində iş Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olub. Bu rəqəm, ümumi sayın 10,3%-ni təşkil edir.
Qeyd edək ki, gözlənildiyi kimi ən çox, yəni 1202 (50,1%) nəfər barəsində iş Bakı Apellyasiya Məhkəməsindən daxil olub.