SDU-da Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə heyətinin sədri Araz Paşayevin və deputat Müşfiq Məmmədlinin tələbələrlə görüşü keçirilib. Sumqayıt24 bu haqda bu gün, 5 may tarixində universitetin saytına istinadən xəbər verir.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək olub. Görüşdə TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.
Tədbirdə təhsilin hər kəs üçün əlçatanlığının təmin edilməsinin, təhsildə bərabər imkanların yaradılmasının vacibliyi vurğulanıb.