2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi nümunəvi addım atıb. Sumqayıt24 bu haqda 30 dekabr tarixində xəbər verir.
Mərkəzin “Həmrəylik” qrupunun təşəbbüsü ilə mərkəzin könüllüləri və əməkdaşları “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin” Qadın və Uşaq Sığınacağında olublar.
Onlar uşaqlarla əyləncəli vaxt keçirib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hədiyyələr paylayıblar.