31 nömrəli tam orta məktəbdə Ustad Aşıq Ələsgərin 200 illiyi münasibətilə tədbir keçirilib. Bu haqda bu gün, 30 mart tarixində məktəb Facebook hesabında məlumat yayıb.
Məktəbin 4b sinif şagirdlərinin təşkil etdiyi tədbirdə ustad Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli iştirak edib. Xətai Ələsgərli şagirdlərə hazırladıqları tədbirə görə təşəkkür bildirib, məktəbə Aşıq Ələsgərin şəklini və kitablarını təqdim edib.
Tədbirdə, həmçinin Təhsil Nazirliyinin nümayəndəsi Zülfüqarova Aynur, məktəbin direktoru Əliyeva Leyla, direktor müavini Quliyeva Sevinc və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri və kitabxanaçılar iştirak ediblər.