Sumqayıda avtobuslarda quraşdırılan validatorlar may ayında gətiriləcək. Bu haqda bu gün, 16 mart tarixində Bizim.Media-ya istinadən xəbər veririk.
“Artıq Türkiyədən yeni və müasir tipli validator aparatları sifariş olunub. Mənə verilən məlumata görə, may ayına qədər həmin aparatlar ölkədə olacaq”, - Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov bildirib.
Bakı və Sumqayıt şəhərlərində olan avtobuslarda vahid kart sisteminin olub-olmayacağı hazırda məlum deyil.
22 noyabr tarixindən avtobuslar yenidən nağd ödənişə keçiblər.