Sumqayıtda piyada qəza zamanı ölüb. Sumqayıt24 bu haqda 1 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 30 noyabr gecə saatlarında Sahil küçəsində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən Saray qəsəbə sakini Samir Əsədovu vurub. 43 yaşlı kişi aldığı xəsarətdən yerindəcə ölüb. Sürücü saxlanılıb.
Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.